Ağstafada yeniyetmə dəm qazından zəhərlənib

  • By Günel
  • 27 Dekabr 2024 23:02

Ağstafada zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü S.Hacıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Hacıyeva dəm qazından yaşadığı evin hamamında zəhərlənib.

Gununsesi.infoYeni