Bakı-Qazax magistralında ağır qəza - Ölən var - FOTOLAR

  • By Günel
  • 28 Dekabr 2024 08:15

Bakı-Qazax əsas magistral yolunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə magistral yolun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ – 2107” markalı avtomobil “Ford” markalı mikroavtobusa çırpılıb.

Qəzada minik avtomobilinin sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Hüseynli hadisə yerində dünyasını dəyişib. Qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Hüseynli müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.