Baydenə daha bir rəqib: Milyarder konqresmen namizədliyini AÇIQLADI

Nümayəndələr Palatasının üzvü Din Fillips (Minnesota ştatından olan demokrat) digər millət vəkillərinə 2024-cü il seçkilərində prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığını söyləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinə görə, konqresmen həmkarlarına namizəd olmaq niyyətini bildirib” və Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyi uğrunda mübarizədə hazırkı Amerika lideri Co Baydenə rəqib olub. Başqa bir mənbə bildirib ki, Fillips seçki yarışına girməyi ciddi şəkildə düşünür.

Din Fillips

Qanunverici daha əvvəl vurğulamışdı ki, Bayden yeganə mümkün demokrat namizəd hesab edilməməlidir. O hesab edir ki, “ölkə alternativlər axtarır”. Qanunvericinin fikrincə, demokratlardan ölkənin ən yüksək dövlət vəzifəsinə kimin namizəd olacağına qərar vermək üçün ilkin səsvermə tələb olunur.

Nəşrin qeyd etdiyi kimi, Fillips öz seçki kampaniyasını müstəqil şəkildə maliyyələşdirə bilərdi. O, milyarder və qida sənayesində fəaliyyət göstərən “Talenti Gelato” şirkətinin yaradıcılarından biridir.

Mart ayında 2020-ci il seçkilərində Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq istəyən amerikalı yazıçı Marianne Villiamson yenidən seçki yarışında iştirak etmək niyyətində olduğunu açıqlayıb.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Aprelin 25-də Bayden ən yüksək prezidentliyə yenidən seçilmək istəyəcəyini açıqlayıb. Sabiq ABŞ prezidenti, Respublikaçı Donald Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib.

Gununsesi.info