Bugün, oktyabrın 21-də Misirlə Qəzza arasındakı Rəfah sərhəd keçidinin açıldığı bildirilir.
“The Guardian” məcmuası yazır ki, BMT, Misir, İsrail və ABŞ arasında aparılan danışıqların ardından açılan keçid məntəqəsindən tibbi vəsaitlər daşıyan 20 yük maşını Qəzzaya daxil olub.
Razılaşmaya əsasən sadəcə Misir Qırmızı Xaç Komitəsinə məxsus 20 yük maşını Fələstin Qırmızı Xaç Komitəsinə çatdırılacaq.
BMT rəsmisinin açıqlamasına görə, bazar ertəsinə qədər başqa humanitar yardımın göndərilməsinə icazə verilməyəcəyi gözlənilir.
İsrail höküməti növbəti yardımların göndərilməsi üçün humanitar ehtiyacların HƏMAS-ın əlinə keçmədiyinə dair sübutların ortaya qoyulmasını tələb edir.
Gununsesi.info