SON DƏQİQƏ: Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdü - FOTOLAR

  • By admin
  • 23 Oktyabr 2023 11:25

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasında görüş keçirir.

Gununsesi.info-nun xəbərinə görə, görüşdə Qərbi Azərbaycandan olan ziyalılar iştirak edir.

Görüşdə çıxış edən Qərbi Azərbaycanlılar Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına uzun illər həsrətində olduqları ata-baba yurdlarına getmək istədiklərini deyib.

İcma üzvləri qarşısında çıxış edən Dunya Miyatoviç regionun təhlükəsizliyi və yaxşı gələcəyi üçün Azərbaycan və Ermənistan arasında sülhün vacibliyini vurğulayıb.

 

 

 

Pərviz

Gununsesi.info