
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
Gununsesi.info xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Şarl Mişel paylaşımda vurğulayıb ki, iki dövlətin (Fələstin və İsrail) birgə yaşaması üçün sülhdən başqa alternativ yoxdur.
“Avropa İttifaqı bu istiqamətdə səylərini davam etdirməyə hazırdır” – o qeyd edib.
Gununsesi.info