İsrail ordusu “Hizbullah”ın Livandakı hərbi obyektlərini vurdu

İsrail ordusu “Hizbullah”ın Livandakı hərbi obyektlərinə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti İsrail ordusunun rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Ordu rəsmisi hücumla bağlı əlavə məlumat verməyib.

Onun sözlərinə görə, əməliyyatın təfərrüatları daha sonra ictimaiyyətə açıqlanacaq.

İsrailin gecə ərzində hücumları nəticəsində Livanın cənubunda bir neçə dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Nəşrin məlumatına görə, gecə boyu İsrail hərbçiləri Livanın cənubundakı Əd-Duheyra şəhərinə, əsasən, artilleriyadan zərbələr endirib.

İsrailin Duhaire qəsəbəsində bəzi evlərə endirdiyi hava hücumlarının yaralananlarla nəticələndiyi bildirilir.

Xəbər agentliyi qeyd edir ki, “hücumlarda yenilik Ed-Duhairah şəhərində mülki şəxslərə qarşı fosfor bombalarından istifadə edilməsidir”.

İsrail ordusundan verilən açıqlamaya görə, İsrail hərbçiləri ölkəyə daxil olmaq istəyən 4 silahlı şəxsi öldürüb.

Səid Əhmədli
Gununsesi.info