İsrail Qəzza zolağında quru əməliyyatına nə zaman başlaya bilər? – “Der Spiegel” yazdı

İsrailin Qəzza zolağında quru əməliyyatına yalnız ABŞ prezidenti Co Baydenin ölkəyə səfəri başa çatdıqdan sonra başlaya biləcəyi ehtimal edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri öz mənbələrinə istinadən yazır.

Nəşrin yazdığına görə, “İsrailin Baydeni səfəri zamanı quru qoşunlarından istifadə edərək, təxribat törətməsi faktiki olaraq mümkün deyil”.

Qeyd edək ki, ABŞ prezidentinin oktyabrın 18-də İsrailə həmrəylik səfəri edəcəyi gözlənilir.

Səid Əhmədli
Gununsesi.info