
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, əllərində 200-250 əsir var.
Gununsesi.info xəbər verir ki, Əbu Ubeyde HƏMAS-ın internet saytında yayımlanan videosunda oktyabrın 7-dən bu yana davam edən münaqişələrlə bağlı açıqlama verib.
İsraillə qarşıdurmalarda əsir düşənlərin sayının 200-250 arasında olduğunu bildirən Əbu Ubeyde onlardan 200-nün Qəssam briqadalarının, qalanlarının isə digər Fələstinli qrupların əlində olduğunu bildirib.
“(İsrailə hücum zamanı əsir düşənlər arasında) Bir qrup xarici ölkə vətəndaşı da var . Onlar bizim qonaqlarımızdır, biz onları qorumağa çalışırıq və lazım olan vaxtda azad edəcəyik”, – deyə sözçü bildirib.
Əbu Ubeydə İsrail həbsxanalarındakı fələstinli məhbuslarla bağlı məsələ ilə bağlı “Əsir götürdükləri şəxslərin dosyesi ilə yaxınları həbsdə olan fələstinli ailələrin üzlərini sevindirməkdə qərarlıdırlar” deyib.
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda məhbuslardan 22-nin həyatını itirdiyini bildirən Əbu Ubeyde hücumlarda həyatını itirən son əsirin tel-əvivli rəssam Guy Olives (26) olduğunu bildirib.
Əbu Ubeyde həmçinin əlavə edib ki, İsrailin quru əməliyyatına başlayacağı ilə hədələnməsi onları qorxutmayıb.
Gununsesi.info