HƏMAS israilli girov qadının görüntülərini yaydı – FOTO\VİDEO

HƏMAS-ın Qəzzadakı hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları israilli qadın girovun rəftarını əks etdirən video yayımlayıb.

Gununsesi.info xəbər verir ki, hərbi media tərəfindən yayımlanan videoda Qəssam elementləri Mia adlı 21 yaşlı israilli qadın girovu müalicə edərkən görülüb.

Videoda sağ qolundan əməliyyat olunan qadının Qəssam elementləri ilə geyindirildiyi və sarğı edildiyi anları əks olunub.

Videoda qadın girov şənbə günü (Qəssam briqadalarının ünsürlərinin Qəzza sərhədindəki yəhudi yaşayış məntəqələrinə sızdığı gün – red.) Sderot şəhərində ziyafətdə olduğunu və qolundan ağır yaralandığını bildirib.

Ailəsinin yanına qayıtmaq istədiyini bildirən qadın onun tez bir zamanda buradan çıxarlmasını istəyib.

Gununsesi.info