
Elektron qaz ticarət platforması potensial olaraq Rusiyadan başqa, müxtəlif qaz tədarükçülərinin iştirakını cəlb edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Türkiyənin enerji sektorundakı mənbə “Qazprom”un Türkiyənin “Bota” neft-qaz şirkətinə təklif etdiyi müvafiq layihənin həyata keçirilməsi perspektivləri ilə bağlı sualla bağlı bildirib.
“Hazırda Türkiyə ilə Rusiya arasında layihəsi müzakirə olunan elektron platforma təkcə Rusiyanın deyil, müxtəlif qaz tədarükçülərinin də iştirak edəcəyini nəzərdə tutur. Potensial olaraq Xəzər və Aralıq dənizindən olan digər satıcılar ola bilər. Üstəlik, LNG sektorunu da unutmamalıyıq, onun coğrafiyası daha genişdir və Türkiyənin LNG tankerlərinə xidmət göstərmək üçün lazımi infrastrukturu var”, – deyə mənbə qeyd edib.
Türkiyədə qaz ticarət mərkəzinin (qaz qovşağı) yaradılması üçün yol xəritəsinin razılaşdırılmasında irəliləyişlərə gəlincə, mənbə bildirib ki, hazırda məsul strukturlar səviyyəsində iş aparılır. Zamanla bağlı danışmaq hələ tezdir, lakin “prosesi gecikdirmədən məsələlərdə razılığa gəlmək üçün siyasi iradə var”.
Rusiya baş nazirinin müavini Aleksandr Novakın oktyabrın 13-də “RT Arabic” telekanalına müsahibəsində deyib ki, Rusiya qaz qovşağının yaradılması üçün yol xəritəsini hazırlayıb Türkiyəyə göndərib, Türkiyə bunu nəzərdən keçirir. O qeyd edib ki, layihə ilk növbədə Türkiyədə elektron qaz ticarəti platformasının yaradılmasını nəzərdə tutur.
2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində “Şimal axını” ilə itirilmiş qaz tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb. Türkiyə hakimiyyəti bəyan edib ki, ölkədə infrastruktur nöqteyi-nəzərindən mərkəz layihəsinin həyata keçirilməsi üçün demək olar ki, hər şey hazırdır, lakin qanunvericiliyə dəyişiklik etmək lazımdır. İlk qanunvericilik qərarları aprelin əvvəlində qəbul edilib və Türkiyənin “Botaş” neft-qaz şirkəti və bir sıra digər təchizatçıların fəaliyyətinə aid olub.
Səid Əhmədli
Gununsesi.info