
Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, O.Məmmədlinin özünü Səbail rayonu Mehdi Hüseyn küçəsində yerləşən ofisin qapısının çərçivəsindən asması müəyyən edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, O.Məmmədli turizm şirkətinin rəhbəri olub.

