
Mühasirəyə alınmış Qəzza zolağından edilən hücumlarda ölən israillilərin sayı 700-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb.
Məlumata görə, təxminən 2150 nəfər xəsarət alıb.
300 yaralının vəziyyəti ağırdır.
İsrail hökuməti blokada altındakı Qəzza zolağından hücumların başlamasından sonra ölkədə “hərbi vəziyyət” elan edib.
İsrail Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, bu barədə qərar baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi Halevi və kəşfiyyat nümayəndələri arasında keçirilən görüşdə qəbul edilib.
Bildirilir ki, danışıqlardan sonra ölkədə “hərbi vəziyyət” elan edilib və iri hərbi əməliyyatlar təsdiqlənib.
Oktyabrın 7-də səhər saatlarında İzzəddin əl-Qəssam briqadasının Həmas hərbi qanadı İsrailə qarşı Əl-Əqsa daşqını əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücumlara başladığını elan edib.
Səid Əhmədli
Gununsesi.info