
Rusiyanın Qəzzada “humanitar atəşkəs” tələb edən və hər cür mülki ölüm hallarını pisləyən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən rədd edilib.
Gununsesi.info xəbər verir ki, Rusiyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamə layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında səsə qoyulub. Qanun layihəsi 5 səs lehinə, 6 bitərəf və 4 səs əleyhinə olmaqla rədd edilib.
ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya “yox” səs verdi.
Rusiyanın qətnamə layihəsində HƏMAS-ın adı xüsusi qeyd olunmasa da, bütün mülki ölümlər qınanıb.
Rusiyanın qanun layihəsinə alternativ olaraq səsverməsi başqa günə təxirə salınan Braziliyanın irəli sürdüyü qanun layihəsində “HƏMAS-ın terror hücumları” qınanır və atəşkəs əvəzinə “humanitar fasilə” tələb olunur.
Qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında təsdiqlənməsi üçün o, ən azı 9 “hə” səsini toplamalı və daimi üzvlərdən heç biri qanun layihəsinə veto qoymamalıdır.
Gununsesi.info