İsrailin hava hücumları: 4 tibb qrup üzvü ölüb, 5-i yaralanıb

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin hava hücumları nəticəsində oktyabrın 7-dən bu yana 4 tibbi qrup üzvünün öldüyünü, 5 nəfərin isə yaralandığını bildirib.

Gununsesi.info xəbər verir ki, Qırmızı Aypara yazılı açıqlamada İsrailin Qəzza zolağına hava hücumları zamanı tibb personalı və avadanlıqlarına qarşı 17 qanun pozuntusuna yol verdiyini qeyd edib.

İsrailin hücumları nəticəsində 4 təcili yardım əməkdaşı həlak olub, 5 nəfər yaralanıb.

Açıqlamada, hücumların səkkiz Qızıl Aypara təcili yardım maşınına ziyan dəydiyi, həmçinin Qəzza zolağının şimalında Qızıl Ayparanın qərargah binasına və təcili yardım əməliyyat mərkəzinə də ciddi ziyan dəydiyi bildirilib.

Fələstinin WAFA xəbər agentliyinin oktyabrın 14-də verdiyi məlumata görə, Qızıl Aypara “beynəlxalq hüquqa və Cenevrə Konvensiyalarına uyğun olaraq təşkilatın obyektlərinin, qruplarının və missiyalarının tam mühafizəsi və təhlükəsizliyini təmin etməyə” çağırıb.

Gununsesi.info