Bayden Fələstin prezidenti ilə görüşəcək

ABŞ prezidenti Co Bayden İsrailə səfərindən sonra İordaniyaya gedəcək və burada oktyabrın 18-də Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin prezidenti Mahmud Abbasın iştirakı ilə Kral II Abdullahla görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Məlumata görə, səfərin məqsədi ABŞ-ın “Həmas hücumları qarşısında” İsrailə dəstəyini nümayiş etdirmək və vəziyyətin həlli üçün gələcək addımlar barədə məsləhətləşmələr aparmaqdır.

Onun sözlərinə görə, qarşıdan gələn danışıqlar çərçivəsində Qəzza zolağında mülki əhalinin humanitar ehtiyaclarının müzakirəsi planlaşdırılır.

Baydenin daha sonra İordaniyanın paytaxtı Əmmana gedəcəyini, burada İordaniya Kralı II Abdullah, Misir prezidenti Sisi və Fələstin dövlət başçısı Mahmud Abbasla görüşəcəyini ifadə edən Jan-Pyer bildirib ki, ABŞ prezidenti Qəzza zolağında mülki əhalinin humanitar ehtiyaclarını müzakirə edəcək.

Səid Əhmədli
Gununsesi.info