Putinin rəqibi kim olacaq? – Kremldən açıqlama

Rusiya prezidenti Vladimir Putinin Rusiyada rəqibi yoxdur və ola da bilməz.

Gununsesi.info xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz dəfələrlə demişik ki, Putin, əlbəttə ki, ölkəmizdə bir nömrəli siyasətçi və dövlət xadimidir. Mənim şəxsi fikrim, bunu demək hüququm az olsa da, amma qaydaları pozaraq deyə bilərəm ki, onun hazırda Rusiyada rəqibləri yoxdur və ola da bilməz”, – Kremlin sözçüsü bildirib.

Səid Əhmədli
Gununsesi.info