Rusiyadan Soros QƏRARI

Rusiyada Corc Sorosun yaratdığı Mərkəzi Avropa Universitetinin fəaliyyəti dayandırılıb.

Gununsesi.info xəbər verir ki,  Baş Prokurorluğun yaydığı açıqlamada Avstriyadakı universitetin qlobal medianın Rusiya əleyhinə gündəmini formalaşdırdığı bildirilib.

Açıqlamada universitetin rəsmi məqsədinin keçmiş sovet ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələrində “açıq cəmiyyət və demokratiya” dəyərlərinə dəstək olmaq olduğu xatırladılıb və uuniversitetin maliyyələşdirilməsini Sorosun nəzarətində olan strukturlar tərəfindən dəstəkləndiyi qeyd edilib.

Qeyd olunub ki, Rusiya Prokurorluğu universitetin fəaliyyətini “arzuolunmaz” hesab edib.

“Əslində, təşkilatın səyləri hazırda Rusiyanın xüsusi hərbi əməliyyatını və siyasi rəhbərliyini gözdən salmağa yönəlib. Buna görə də, universitet tələbələrə Rusiya dövlətinin tarixini qəsdən dəyərdən salan və təhrif edən, görkəmli rus elm, yazıçı və mədəniyyət xadimlərinin ləyaqətini alçaldan, dünyanın müxtəlif yerlərində baş verən fəlakətlərdə Rusiyanın günahı barədə yalan bəyanatlar verən proqram təklif edir, bu, qətiyyən doğru deyil”, – deyə bildirilib.

Səid Əhmədli
Gununsesi.info