
Azərbaycan prezidentinin təmsilçisi Elçin Əmirbəyov BBC-nin rus xidmətinə müsahibəsində deyib ki, Bakı Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyır.
Azərbaycan hakimiyyətinin “Zəngəzur dəhlizi” adlandırdığı marşrutun Ermənistanın Sünik vilayətindən keçməsi nəzərdə tutulur.
Ermənistanın Bakının Zəngəzuru nəzarətə almaq planlarından narahatlığı haqda suala cavabında Əmirbəyov belə planların olmadığını deyib: ”
Bunun Ermənistanın suveren ərazisi kimi tanıyırıq. Ancaq bilməliyik ki, qarşı tərəf dəhliz boyunca hərəkətin təhlükəsizliyini təmin edəcək. Bizə Azərbaycanın əsas hissəsindən Naxçıvana, yaxud əks istiqamətə qatara minən hər bir sərnişin üçün təhlükəsizlik təminatı lazımdır”.
Əmirbəyovun sözlərinə görə, Bakı danışıqlara hazırdır, ancaq Ermənistan prosesi uzatmağa üstünlük versə, Azərbaycan marşrutu İran ərazisindən çəkməyə hazırdır.
Gununsesi.info