Bayden İsrailə səfər edəcək

ABŞ prezidenti Co Bayden çərşənbə günü, oktyabrın 18-də İsrailə səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi “İsrailin hərbi məqsədləri və strategiyası” haqqında hərtərəfli məlumat əldə etməkdir.

Diplomat qeyd edib ki, Ağ Ev rəhbərinin səfəri “İsrail, region və dünya üçün kritik məqama” təsadüf edir.

Onun sözlərinə görə, Amerika lideri “HƏMAS hücumları qarşısında” İsraillə həmrəyliyini ifadə edəcək.

Dövlət katibi deyib ki, səfər zamanı Bayden yenidən “üçüncü tərəfləri” “mövcud vəziyyətdən istifadə edərək İsrailə hücum etmək” planlarına qarşı xəbərdarlıq edəcək.

Blinken bildirib ki, ABŞ prezidenti “HƏMAS-ın girovlarının azad edilməsi məsələsində” İsraillə sıx koordinasiyanı davam etdirmək niyyətindədir.

Gununsesi.info