
Gələn ay İtaliyada keçiriləcək G7 sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən , bu barədə məlumatı İtaliya hökuməti açıqlayıb.
Bildirilir ki, Türkiyə Prezidenti ilə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı baş tutub. Söhbət zamanı Türkiyə sözügedən sammitə dəvət edilib və Ərdoğan tədbirdə iştirakını təsdiqləyib.
Qeyd edək ki, ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7-nin sammiti bu il iyunun 13-15-də İtaliyanın Puglia bölgəsində baş tutacaq.