Hava ilə bağlı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 30-31-də Azərbaycanın şərq rayonlarında (Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara)  arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

 

Gununsesi.info