DİN:Yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır

  • By ilhame
  • 18 İyul 2024 13:27

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.

 

Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir:

 

“Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir”.

Gununsesi.info