Avropa İttifaqı Ermənistanla viza sərbəstləşdirilməsi danışıqlarına başlayacaq

  • By admin
  • 18 İyul 2024 09:38

Avropa İttifaqı iyulun 17-də bütün üzv ölkələrin səfirləri səviyyəsində Ermənistanla viza rejiminin sərbəstləşdirilməsinə dair danışıqlara başlanmasına razılıq verib.

Gununsesi.info-nun xəbərionə görə, bu barədə Brüsseldən  bildirilib.

Məlumata  görə qərar rəsmi təsdiq üçün Avropa İttifaqı Şurasına təqdim oluncaq.

Şura isə öz növbəsində danışıqlara başlanmasının dəqiq vaxtını və Ermənistanın qarşısına qoyulmuş şərtləri elan edəcək.

Bundan sonra illərlə davam edə biləcək proses başlanacaq.

Məsələn, Moldova ilə danışıqlar 3-4, Gürcüstanla 5, Ukrayna ilə 9 il çəkib. Türkiyə artıq 10 ildir ki, danışıqların davam etdirilməsini gözləyir.

 

Günay

Gununsesi.info