
Avropa Parlamentinin (AP) Plenar iclasında üzvlərin əksəriyyəti Qəzza zolağındakı vəziyyəti və Donald Trampa sui-qəsd cəhdini gündəliyə salmaqdan imtina edib.
Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Avropa Parlamentindəki solçu partiyaların nümayəndələri İsrailin Qəzza əməliyyatını müzakirəyə çıxarmağı təklif edib, sağçı siyasi qüvvələrin nümayəndələri isə ABŞ-ın keçmiş prezidenti Trampa hücumu pisləmək təşəbbüsü ilə çıxış ediblər. Hər iki təklif Ukraynaya yardımın müzakirəsinin lehinə səs çoxluğu ilə rədd edilib.
Bundan əvvəl Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirmişdi ki, Ukrayna münaqişəsi ilə bağlı Avropa İttifaqına üzv ölkələrin mövqeləri getdikcə daha çox fərqlənməyə başlayıb.
Günay
Gununsesi.info