Belarus bir sıra Aİ ölkələrinin vətəndaşları üçün vizasız rejim tətbiq edir

Polşa, Litva və Latviya vətəndaşları üçün 2022-ci ildən qüvvədə olan vizasız rejim indi Avropanın 35 ölkəsinə şamil ediləcək. Belarus bir sıra Aİ ölkələri üçün vizasız rejim tətbiq edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib.

“19-da səhər saat 8-dən indiyədək viza rejimi mövcud olan Avropa İttifaqı ölkələrinin və digər Avropa ölkələrinin vətəndaşları üçün yeni rejim, dəmir yolu və avtomobil keçid məntəqələri vasitəsilə giriş-çıxışın vizasız proseduru tətbiq ediləcək”.

Onun sözlərinə görə, Aİ ölkələrinin vətəndaşları üçün vizasız giriş proseduru təklifi Belarus prezidenti Aleksandr Lukaşenkoya baxılmaq üçün təqdim edilib.

O, vurğulayıb ki, təşəbbüs dövlət başçısı tərəfindən dəstəklənib.

Rıjenkov bildirib ki, yeni vizasız rejim 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq.

O. xatırladıb ki, eyni rejim çoxdan Polşa, Litva və Latviya vətəndaşları üçün də qüvvədədir.

Vizasız gedə biləcək ölkələrin siyahısına Avstriya, Andorra , Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Vatikan, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lixtenşteyn, Lüksemburq, Malta, Monako, Hollandiya, Norveç, Portuqaliya, Rumıniya, San Marino, Şimali Makedoniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Almaniya, Xorvatiya, Çex, İsveçrə, İsveç, Estoniya daxildir.