Ermənipərəst senator ABŞ Konqresini tərk edəcək

ABŞ-ın Nyu Cersi ştatından olan demokrat senator Robert Menendez korrupsiya ittihamı ilə təqsirli bilindikdən sonra istefa verəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Robert Menendez bu barədə həmfikirlərinə məlumat verib.

Bildirilir ki, senator böyük müqavimətdən sonra ABŞ Konqresini tərk edəcək.

Menendez onlarla demokrat həmkarının çağırışlarına baxmayaraq, aylarla istefaya müqavimət göstərib.

Lakin federal hökm onu ​​fikrini dəyişməyə məcbur edib. O, vəzifəsini tərk etməkdən imtina edəcəyi təqdirdə onu demokratların sıralarından çıxarılacağı ilə bağlı hədələr də alıb.

Bu istefa Menendezin 30 illik karyerasına son qoyacaq. Siyasətçi Beynəlxalq Əlaqələr Komitəsinə sədrlik edib və mühüm qanunların yazılması ilə məşğul olub. O, həmçinin korrupsiya ittihamı ilə iki cinayət işi ilə bağlıdır. Senatoru 18 il həbs cəzası gözləyir.

Daha əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Co Baydenin Demokratlar Partiyasından olan tərəfdarları siyasi üsyan qaldıra bilərlər.

Senator Aleksey Puşkov etiraf edib ki, bu, dövlət başçısı vəzifəsinə namizəd Donald Trampla qarşıdakı debatda uğursuzluğa düçar olacağı təqdirdə baş verəcək.

 

 

Şəbnəm

Gununsesi.info