Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

  • By ilhame
  • 17 İyul 2024 22:03

Goranboyda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

 

Gununsesi.info-nun məlumatına görə, Goranboy rayon Veyisli kəndində avtomobilin vurduğu 40 yaşlı Əhməd Ərəbov Gəncə şəhərində müalicə aldığı özəl xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info