Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri ilə COP29-a hazırlıq müzakirə olunub

  • By ilhame
  • 17 İyul 2024 20:43

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri çərçivəsində fikir mübadiləsi aparılıb.

Gununsesi.info