YAP-ın deputatlığa namizədi külli miqdarda borclu olması iddialarından danışdı

  • By admin
  • 18 İyul 2024 12:33

“Mənim  heç kimə borcum yoxdur. Bu barədə iddialar doğru deyil”.

Bunu Gununsesi.info-ya açıqlamasında YAP-ın Qubadan olan deputatlığa namizədi Əlibala Məhərrəmzadə deyib.

O, barəsində olan iddiaları təkzib edib.

Bununla belə Əlibala Məhərrəmzadə bildirib ki, deputat seçiləcəyi təqdirdə biznes fəaliyyətini dayandıracaq: “Əgər seçilərəmsə,biznesimi təhvil verəcəyəm”. 

 

Qeyd edək ki, saytımızda dərc olunan “YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədir”  başlıqlı xəbərində Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadənin bir neçə milyon manat borcu olmasından bəhs olunur.

 

Elmar

Gununsesi.info