YAP -ın keçmiş təşkilat sədri hakim partiyanın namizədinə rəqib olur

  • By admin
  • 18 İyul 2024 15:36

Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının keçmiş sədri Ramil Orucov hakim partiyanın 1 sentyabr parlament seçkilərində irəli sürdüyü namizədə rəqib olacaq.

Həmin dairədən hakim partiya deputat Müşfiq Cəfərovu irəli sürüb.

Gununsesi.info-nun xəbərinə görə,  Ramil Orucov namizədliyini 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən elan edib.

Qeyd edək ki, Ramil Orucov Gəncə Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə də çalışıb.

 

Günay

Gununsesi.info