Finlandiya Rusiya ilə sərhədləri açmaq istəmir

Finlandiya vəziyyət sabitləşəndək Rusiya ilə sərhədi açmağı planlaşdırmır.

Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiyanın Yle ictimai yayımı respublikanın daxili işlər naziri Mari Rantanenə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə sərhədin açılması məsələsi hələlik aktual deyil.

Rantanen bildirib ki, Finlandiya sərhəd orqanları vəziyyəti sabit hesab etdikdə səlahiyyətlilər bunu yenidən öyrənəcəklər.

 

 

Gununsesi.info