“Papa”nın deputat balası 

  • By ilhame
  • 17 İyul 2024 21:43

Bəzi deputatlar bu seçkidə namizəd olmayacaqlar. Buna səbəb isə onların övladlarının namizəd olmasıdır.

Gununsesi.info onların adlarını təqdim edir:

 

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən Günay Ağamalı namizəd olub. O, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qızıdır.

 

56 saylı Şabran-Xaçmaz seçki dairəsindən isə Mahir Süleymanlı namizəd göstərilib. O, sabiq deputat Tahir Süleymanovun oğludur.

 

20 saylı Nərimanov ikinci seçki dairəsindən Samir Vəliyev namizəd göstərilib. O, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğludur.

Gununsesi.info