Almaniya Ukraynaya hərbi yardımı azaldır

Almaniya hakimiyyəti gələn il Ukraynaya hərbi yardım üçün 4 milyard avro ayırmaq niyyətindədir ki, bu da cari xərclərdən iki dəfə azdır.

Gununsesi.info bu barədə “Reuters” büdcə layihəsinə istinadən xəbər verir.

Bildirlir ki, bu yolla hökumət gəlir və xərcləri balanslaşdırmağa çalışır.

Kiyevə yardım 2025-ci ildə 8 milyard avrodan 4 milyard avroya endiriləcək.

Büdcənin iyulun 17-də qəbul edilməsi planlaşdırılır. Həmçinin 2028-ci ilə qədər maliyyə planı təsdiqlənəcək.

Bu zaman Bundesverin kadr təminatı və NATO ölkələri üçün xərc hədəflərinə nail olmaq üçün xüsusi fondun fəaliyyəti dayandırılacaq.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərini uzunmüddətli perspektivdə Ukraynaya dəstəyi 2022-ci il səviyyəsində saxlamağa çağırıb ki, bu da ildə 40 milyard avroya bərabərdir.

O vurğulayıb ki, bu, Ukrayna Silahlı Qüvvələrinin silah təchizatındakı boşluqlara və gecikmələrə son qoymağa kömək edəcək.

Eyni zamanda, Macarıstanın baş naziri Viktor Orban qeyd edib ki, NATO-ya üzv ölkələrin – Polşa, Rumıniya və Slovakiya ərazisində Ukraynaya silah tədarükü üçün üç böyük hərbi bazanın yaradılması planlaşdırılır.

Siyasətçi “minimum məqsədə” nail ola bildiyini və NATO-nun baş katibi ilə Budapeştin Ukraynadakı missiyada “nə silahla, nə pulla, nə də hərbi yolla” iştirak etməyəcəyi ilə razılaşdığını da vurğulayıb.

 

 

Şəbnəm

Gununsesi.info