Bacım mədə əməliyyatından sonra komaya düşmüşdü

Bəzi mətbuat orqanlarında Şəmkir rayonunda yaşayan, orta məktəb müəlliməsi olan Könül Cabbarovanın intihar etməsi ilə bağlı xəbər yayılıb.

Adiçəkilən şəxsin  bacısı Elnarə Heydərova əməkdaşımıza bildirib ki, Könül Cabbarova bir neçə gün əvvəl mədə əməliyyatı keçirib.

“Əməliyyatdan sonra komaya düşüb və dünən vəfat edib. İntihar barədə deyilənlər isə həqiqəti əks etdirmir” deyə o, əlavə edib.

 

Şəbnəm

Gununsesi.info