Yaralananlar arasında qəlpə yarası alanlar var? - Nazir

Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən bildirib ki, xəsarətlər əsasən travmatikdir.

“Onların hansı səbəbdən xəsarət aldıqlarını – qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik”.

Gununsesi.info