Qəzada yaralananların qəlpə yarası varmı? — Rəsmi

Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən bildirib ki, xəsarətlər əsasən travmatikdir.

“Onların hansı səbəbdən xəsarət aldıqlarını – qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik. Bu özü ayrı araşdırmanın mövzusudur, əsasən sınıq və küt travmalar var”, – nazir qeyd edib.

 

 

Gununsesi.info