
İsrailin Qəzza zolağına endirdiyi hava hücumları nəticəsində daha bir media işçisi həlak olub.
Gununsesi.info xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, yerli telekanallardan birinin fələstinli əməkdaşı Məhəmməd Bəluç Əl-Saftavi kəndindəki evinin atəşə tutulması zamanı həlak olub.
İsrailin hücumları zamanı mülki şəxslərin də yaralandığı bildirilib.
Bununla da İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində həlak olan fələstinli jurnalistlərin sayı 13-ə çatıb.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin başlanğıcından indiyədək 2770-dən çox fələstinli və 1300 israilli, həmçinin 11 jurnalist həlak olub.
Səid Əhmədli
Gununsesi.info