
“Toyota”nın hissələri təchizatçılarından biri, Aichi əyalətindəki “Chuo Spring Co.” şirkətinə məxsus zavodda partlayış olub.
Gununsesi.info xəbər verir ki, partlayış nəticəsində iki kişi işçi yaralanıb, müəssisədəki quruducu sobalar zədələnib.
Yapon istehsalçısı “Toyota” şirkətinin məlumatına görə, partlayışdan sonra ehtiyat hissələrin tədarükü çatışmazlığı səbəbindən Yaponiyada 6 zavodda 10 istehsal xətti müvəqqəti olaraq dayandırılıb.
Açıqlamada bildirilib ki, istehsal xətlərinin həftə ərzində yenidən nə vaxt işə salınacağı hələ məlum deyil.
Mənfi təsirə məruz qalan istehsal xətlərinin “Toyota”nın “Land Cruiser” və “RAV4” modelləri üçün olduğu bildirilib.
Gununsesi.info