Meksikada kilsənin damı uçdu – 9 nəfər ölüb

  • By resul
  • 02 Oktyabr 2023 12:03

Meksikanın Tamaulipas ştatının Syudad Madero şəhərində kilsənin damının uçması nəticəsində ilkin məlumatlara görə, 9 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Gununsesi.info xəbər verir ki, polisin məlumatına görə, ölənlər arasında üç uşaq da var.

Hadisə vəftiz mərasimi zamanı baş verib. Hadisə zamanı kilsədə 100-ə yaxın adam olub.

İtkin düşmüş 30 nəfərin axtarışı davam etdirilir.

Damın “struktur problemi” səbəbindən çökdüyü qeyd edilir.

Səid Əhmədli
Gununsesi.info