İki ölkə arasında böhrana səbəb olacaq HADİSƏ: Hərbi təyyarələrlə müdaxilə etdi

Şərqi Çin dənizi sahillərində Çin və Kanada arasında gərgin anlar yaşanıb.

Gununsesi.info xəbər verir ki, Çin döyüş təyyarələri Şərqi Çin dənizi yaxınlığında Şimali Koreyanın sanksiyalarını izləmək üçün Kanadanın kəşfiyyat uçuşlarına “müdaxilə ediblər”.

“CBC News”un məlumatına görə, insident zamanı təyyarədə jurnalistlər, həmçinin Birinci Hava Bölməsinin komandiri general-mayor Iain Huddleston olub.

“Biz tamamilə beynəlxalq hava məkanındayıq” deyən Huddleston, Şimali Koreyaya qarşı neft sanksiyalarını izləmək üçün Çin döyüş təyyarələrinin Kanadanın Şərqi Çin dənizi yaxınlığında kəşfiyyat uçuşlarına “müdaxilə etməsi” ilə bağlı bildirib.

Huddleston hadisənin “həvəskar və çox aqressiv” olduğunu bildirib. “Digər təyyarələrlə yaxın bir formada uça bilərik və tamamilə təhlükəsiz ola bilərik. Bununla belə, bir təyyarə başqalarının yaxınlığında aqressiv manevrlər etdikdə təhlükəsizlik problemi yaranır”, – deyə o əlavə edib.

Kanadanın müdafiə naziri Bill Blair mətbuata verdiyi açıqlamada hadisəni “təhlükəli və ehtiyatsızlıq” olaraq qiymətləndirib. “Bu davranışlar əsla qəbul edilə bilməz və bunu Çin Xalq Respublikasına ən uyğun şəkildə ifadə edəcəyik”, – deyə nazir bildirib.

Səid Əhmədli
Gununsesi.info