“Hizbullah”ın səhra komandiri öldürülüb

Hizbullah Hərəkatı İsrailin Livanın cənubuna endirdiyi hava hücumunda bir səhra komandiri də daxil olmaqla 4 üzvünün öldürüldüyünü açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada titulu komandir olaraq istifadə edilən Talib Sami Abdullahın, eləcə də Məhəmməd Hüseyn Sabra, Əli Səlim Sufan və Hüseyn Kasım Həmidin həyatınının itirildiyi bildirilib.

Livan yerli mətbuatında yer alan xəbərlərdə Abdullahın 1969-cu ildə Livanın cənubundakı Ədşit kəndində doğulduğu və Hizbullahın cənub bölgəsində aparıcı səhra komandirlərindən biri olduğu bildirilib.

İsrailin gecə saatlarında sərhəddən təqribən 15 kilometr uzaqlıqdakı Cuvaya kəndinə həyata keçirdiyi hava hücumunda Abdullah və digər Hizbullah üzvlərinin həlak olduğu qeyd edilib.

8 oktyabr 2023-cü ildən İsrail ordusu ilə toqquşmalardan bəri Hizbullah daha əvvəl bir səhra komandirinin öldüyünü açıqlamışdı.

İsrail yanvarın 8-də Hizbullahın səhra komandiri Visam Həsən Tavili hava zərbəsi nəticəsində öldürüb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə sərhəd xətti arasında baş verən qarşıdurmalarda ölən Hizbullah üzvlərinin sayı 339-a yüksəlib.

 

 

Gununsesi.info