ABŞ İsrailin keçirdiyi əməliyyatın təfərrüatlarını açıqlayıb

İsrail Qəzza zolağındakı Nuseyrat qaçqın düşərgəsində girovların azad edilməsi əməliyyatı zamanı xüsusi təyinatlıları əhatə etmək üçün hava qüvvələri və artilleriya yerləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) hərbçilərə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat ciddi məxfilik şəraitində həyata keçirilib və İsrail üçün uğursuzluq ərəfəsində olub.

Xüsusi təyinatlılar evlərdən birinə basqın edərkən uzun sürən atışma baş verib.

Qeyd olunur ki, xüsusi təyinatlılardan ibarət bir qrup güclü atəşə tutularkən hərbi hava qüvvələri və artilleriya Fələstinin HƏMAS radikal hərəkatının onlarla hədəfinə zərbələr endirməyə başlayıb.

Qeyd edək ki, iyunun 8-də İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın əsirliyində olan 4 girovu azad etdiyini açıqlayıb.

 

 

 

İlhamə

Gununsesi.info