
“Biz Fələstin xalqına dəstəyimizi gücləndiririk. 2027-ci ilə qədər 1,6 milyard avro İordan çayının qərb sahili və Qəzzanın sabitləşməsinə kömək edəcək. Aİ qaçqınlara humanitar yardım və dəstək verməklə yanaşı, lazımi infrastruktura sərmayə qoyacaq.Biz Fələstin Administrasiyasının çoxdankı tərəfdaşıyıq”, – AB Ali Nümayəndəsi Kaya Kallas sosial mediada yazıb.
Bu bəyanat Fələstin Milli Administrasiyasının (PNA) baş naziri Məhəmməd Mustafa ilə Avropa İttifaqının xarici işlər nazirləri arasında Lüksemburqda keçirilən görüş ərəfəsində verilib.