Suriya səfiri siyasi sığınacaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib etdi

  • By Günel
  • 14 Aprel 2025 20:47

Suriyanın Moskvadakı səfiri Bəşar Cəfəri Rusiyadan sığınacaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, bundan öncə TASS xəbər agentliyi mənbələrə istinadən Bəşər Cəfərinin Rusiyadan sığınacaq istədiyini bildirmişdi.

Aprelin 8-də Suriya Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr üzrə koordinatoru Abdulla Əl-Həki isə bildirib ki, Suriya Xarici İşlər Nazirliyi Moskvadakı səfiri dəyişdirməyi qərara alıb.

Gununsesi.info