Gəncədən YAP-ın deputatlığa namizədləri bəlli oldu

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Məlumata görə, hakim partiya Gəncə şəhərindən eyni deputatlarla yola davam deyib.

YAP-dan seçilən deputatlar Naqif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov və Musa Quliyev yenidən hakim partiyanın namizədləri olublar.

Onlar müvafiq olaraq 38, 39, 40 və 41-ci seçki dairələrindən namizəd göstəriliblər.