
İki gün əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eyvaz Qurbanov YAP-ın deputatlığa namizədlər siyahısında yer alıb.
Gununsesi.info-nun xəbərinə görə, sabiq icra başçısı rəhbərlik etdiyi rayondan – 117 Saylı Oğuz-Qəbələ Seçki Dairəsindən namizəd kimi müəyyən olunub.
Onu da qeyd edək ki, Eyvaz Qurbanov icra başçısı vəzifəsindən öncə də deputat olub.
Gununsesi.info