Mikayıl Cabbarov İtaliyaya işgüzar səfərə gedir

  • By ilhame
  • 17 İyul 2024 13:44

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfərə gedir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə nazir rəsmi “Facebook” səhifəsində paylaşım edib.

 

Paylaşımda bildirilir:

 

“Bu gün həmkarlarla birlikdə İtaliyaya işgüzar səfərimiz başlayır. Bu ölkədən olan tərəfdaşlarımızla iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri və ikitərəfli əlaqələrin gücləndirilməsi üçün birgə təşəbbüsləri müzakirə edəcəyik”.

Gununsesi.info