
“Avropa ölkələri və NATO Ukraynadakı müharibəni növbəti on il müddətinə uzatmağa hazırlaşmalıdırlar”.
Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Ancaq burada əsas odur ki, biz Ukraynanı nə qədər çox dəstəkləsək və onu dəstəkləməyə nə qədər uzun müddət hazır olsaq, müharibə bir o qədər tez bitə bilər. Paradoks ondadır ki, Putin indi bizi kənarda saxlaya biləcəyinə inanır. Buna görə də müharibə davam edir”– deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, əgər Ukraynanın müttəfiqləri Kiyevi uzun müddət dəstəkləyəcəklərini açıq şəkildə bildirsələr, Ukraynanın suveren müstəqil dövlət kimi üstünlüyü üçün şərait yaradacaqlar.
Stoltenberq, həmçinin Avropa ölkələrini Donald Trampın ABŞ prezident seçkilərində qələbəsinin ittifaqın sona çatmasına və transatlantik əlaqələrin dayandırılmasına səbəb olacağı ilə bağlı “özünü yerinə yetirən kehanetlərə” qarşı xəbərdar edib.
O, alyans liderlərini Trampla ilk dəfə prezident olan 2016-cı ildə olduğu kimi əlaqə saxlamağa çağırıb.
Baş katib bildirib ki, onlar seçki kampaniyası zamanı onun ritorikasına əhəmiyyət verməməlidirlər.
Şəbnəm