Ağstafada 60 yaşlı kişini “tok” vurub

  • By ilhame
  • 18 İyul 2024 22:41

Ağstafada bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Xətai kəndində baş verib.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrıverdiyev yaşadığı evdə elektrik naqillərini düzəldən zaman onu “tok” vurub.

60 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info